Molekulyar Biologiya İnstitutunun əməkdaşı AMEA-nın müxbir üzvü, professor Pənah Muradov Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi seminar keçirib + Foto
May 05, 2026 | 18:00 / Seminarlar
İnstitutun Torpaq və su mikrobiologiyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Pənah Muradov Pedaqoji Universitetin (ADPU) Kimya və biologiya fakültəsində "Azərbaycanın su ehtiyatları: müasir vəziyyət, biotəhlükəsizlik problemləri və onların həll yolları" mövzusuna həsr olunmuş elmi seminar keçirib, aparılan elmi tədqiqatlar, mövcud problemlər, su ehtiyatlarının qorunması istiqamətində görülən işlər və biotəhlükəsizlik məsələləri barədə ətraflı məlumat verib. Tədbirdə fakültə dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, kafedra müdiri dos. Anaxanım Yusifova, fakültənin müəllim heyəti və tələbələr iştirak edib. Fakültə dekanı dos. Reyhan Ağayeva seminarın aktuallığını vurğulayıb və mövzunun həm elmi, həm də praktiki baxımdan əhəmiyyətini diqqətə çatdırıb. Fakültənin dekan müavini dos. Bəsti Əsədova çıxış edərək seminarın məqsəd və vəzifələri haqqında məlumat verib, bu kimi elmi tədbirlərin tələbə və müəllim heyətinin bilik və təcrübəsinin artırılmasında mühüm rol oynadığını qeyd edib. Tədbirin sonunda iştirakçılar tərəfindən mövzu ilə bağlı çoxsaylı suallar ünvanıb, su ehtiyatlarının idarə olunması, ekoloji təhlükəsizlik və davamlı inkişaf məsələləri ətrafında geniş və maraqlı müzakirələr aparılıb.