sa sa 89
Ulu Öndərin ideyaları işığında şəhər ekosistemlərinin dayanıqlı inkişafı və "yaşıl transformasiya" paradiqması May 08, 2026 | 22:07 / Nəşrlər

AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru, Akademik İradə Hüseynova “Azərbaycan” qəzetində dərc olunan “Ulu Öndərin ideyaları işığında şəhər ekosistemlərinin dayanıqlı inkişafı və “yaşıl transformasiya” paradiqması” adlı məqaləsində müasir şəhər ekologiyasının aktual problemlərini və Azərbaycanda həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərini təhlil edib. Məqalədə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan yaşıllaşdırma və ekoloji inkişaf siyasətinin bu gün də ölkənin urban inkişaf strategiyasında mühüm yer tutduğu vurğulanır.

Yazıda şəhərlərin dayanıqlı inkişafı, biomüxtəlifliyin qorunması, “yaşıl enerji” təşəbbüsləri və ekosistem əsaslı şəhərsalma prinsipləri geniş şəkildə şərh olunur. Akademik İradə Hüseynova Bakı şəhərində həyata keçirilən yaşıllaşdırma layihələrinin, Dənizkənarı Bulvar və Mərkəzi Nəbatat Bağı kimi yaşıl məkanların şəhərin ekoloji tarazlığının qorunmasında mühüm rol oynadığını qeyd edir.

Məqalədə həmçinin Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin və Bakının Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyasına ev sahibliyi etməsinin ölkənin urban inkişaf siyasətində yeni mərhələnin göstəricisi olduğu bildirilir. Müəllif vurğulayır ki, elmi əsaslı yanaşma, ekoloji monitorinq, yaşıl infrastrukturun genişləndirilməsi və ictimai iştirakçılıq Bakı şəhərinin gələcəkdə regionun aparıcı “yaşıl şəhər” modellərindən birinə çevrilməsinə imkan yarada bilər.