sa sa 15
Molekulyar Biologiya İnstitutunun əməkdaşı Praqada beynəlxalq konfransda iştirak edib + Foto May 12, 2026 | 13:00 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Ülkər İbrahimova 4-6 may 2026-cı il tarixlərində Çexiya Respublikasının Praqa şəhərində elmi ezamiyyətdə olub. Əməkdaşımız Çexiya Elmlər Akademiyasının Fizika İnstitutunda keçirilən “Əlaqələrin yaradılması: Diversicrop, Recrop və Pangeos layihələrindən irəli gələn multidissiplinar yanaşmalar” (Cultivating connections: interdisciplinary insights from Diversicrop, Recrop and Pangeos) adlı beynəlxalq konfransda iştirak edib. Diversicrop, Recrop və Pangeos layihələri çərçivəsində təşkil olunan bu fənlərarası konfrans, bitki biomüxtəlifliyi və davamlı kənd təsərrüfatı istiqamətində dünyanın müxtəlif ölkələrindən olan alimlərin təcrübə mübadiləsi aparması üçün əhəmiyyətli platforma rolunu oynayıb. Ülkər İbrahimova konfransda "Triticum aestivum L. genotiplərinin duz stresinə fizioloji, biokimyəvi və molekulyar səviyyədə kompleks cavab reaksiyaları" mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə yumşaq buğda genotiplərinin şoranlıq şəraitinə davamlılıq mexanizmləri, stress amillərinə qarşı göstərdiyi molekulyar dəyişikliklər və bu istiqamətdə aparılan tədqiqatların nəticələri konfrans iştirakçılarının diqqətinə çatdırılıb.