sa sa 116
Akademik İradə Hüseynova: Elm artıq iqtisadi gücə çevrilir + Foto May 20, 2026 | 09:03 / Nəşrlər

AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e. Akademik İradə Hüseynova Crossmedia.az-a müsahibə verib. Alim  Azərbaycanda molekulyar biologiya və biotexnologiya sahələrinin inkişaf perspektivlərindən danışıb. Molekulyar Biologiya İnstitutunda həyata keçirilən islahatlar, beynəlxalq əməkdaşlıq və müasir laboratoriyaların yaradılması məsələlərinə toxunulub. İradə Hüseynova gənc alimlərin hazırlanması, onların xarici elmi mərkəzlərdə təhsil və təcrübə imkanlarının genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Akademik biotexnologiyaların kənd təsərrüfatı və səhiyyədə tətbiqinin strateji əhəmiyyət daşıdığını qeyd edib. O, Azərbaycanın molekulyar biologiya və genomika sahəsində regionun aparıcı elmi mərkəzlərindən birinə çevrilmək potensialına malik olduğunu bildirib və elmi nəticələrin praktik tətbiqi, innovasiya və texnologiya transferinin əhəmiyyətini xüsusi qeyd edib.