Biotexnologiya və biomühəndislik laboratoriyasının əməkdaşları Zaqatalada elmi ezamiyyətdə olublar + Foto
May 25, 2026 | 12:00 / Ezamiyyətlər
AR ETN Molekulyar Biologiya İnstitutunun Biotexnologiya və biomühəndislik laboratoriyasının elmi işçisi Günay İsmayılova və kiçik elmi işçi Vüsalə Cəfərova 19–21 may tarixlərində Zaqatala rayonunda elmi ezamiyyətdə olublar. Ezamiyyət çərçivəsində əməkdaşlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala Dayaq Məntəqəsində şabalıd bitkisindən əkin materialı əldə ediblər. Toplanmış nümunələr əsasında plan üzrə nəzərdə tutulan elmi-tədqiqat işləri laboratoriya şəraitində davam etdiriləcək.