sa sa 69
28 May - Müstəqillik Günüdür May 28, 2026 | 08:18 / Mühüm hadisələr

28 may 1918-ci ildə Azərbaycan xalqının tarixində ən şanlı səhifələrdən biri yazılmış, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında, xalqın azadlıq və müstəqillik ideallarının möhkəmlənməsində mühüm rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət atributları təsis edilmiş, ana dili dövlət dili elan olunmuş, demokratik idarəetmə prinsiplərinə əsaslanan mühüm addımlar atılmışdır. Qadınlara seçki hüququnun verilməsi kimi dövrü üçün mütərəqqi qərarlar qəbul edilmiş, milli təhsil və elm sahələrinin inkişafına xüsusi diqqət göstərilmişdir. Bu gün müstəqil Azərbaycan Respublikası həmin tarixi irsin davamçısı olaraq dövlət müstəqilliyini qoruyur, möhkəmləndirir və uğurla inkişaf etdirir.

28 May – Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, ölkəmizə daim sülh, rifah və tərəqqi arzulayırıq. Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!