sa sa 214
MBI əməkdaşlarının həmmüəllifi olduqları məqalə Q1 kvartilli jurnalda dərc olunub İyn 18, 2026 | 08:44 / Nəşrlər

AR ETN Molekulyar Biologiya İnstitutunun elmi işçisi Səidə Zülfüqarova, biologiya üzrə fəlsəfə doktorları Samirə Rüstəmova və Aynurə Paşayeva, akademik İradə Hüseynova, həmçinin Azərbaycan Tibb Universitetinin əməkdaşlarının həmmüəllifi olduqları “Buğdada istilik stresinə qarşı fizioloji, molekulyar və ultrastruktur reaksiyaların kompleks qiymətləndirilməsi” adlı məqalə nüfuzlu “Plants” jurnalında dərc olunub. Bitki elmləri sahəsində tanınmış beynəlxalq elmi nəşrlərdən biri olan “Plants” jurnalı Journal Citation Reports (JCR) təsnifatında Q1 kvartilinə daxildir. Jurnalın impact faktoru 4,1-dir. Tədqiqat işində istilik stresinin buğdanın məhsuldarlığına ciddi təsir göstərdiyi, lakin istiliyədavamlılığın əsas mexanizmlərinin hələ də tam aydınlaşdırılmadığı qeyd olunur. Aparılan tədqiqat istilik stresinə qarşı davamlılığın formalaşmasında iştirak edən mexanizmlərin daha dərindən anlaşılmasına, eləcə də gələcəkdə iqlim dəyişikliklərinə daha davamlı buğda sortlarının yaradılması üçün elmi əsasların formalaşdırılmasına töhfə verir.