Akademik Cəlal Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunub + Foto
İyn 30, 2026 | 13:00 / Mühüm hadisələr
İyunun 30-da görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin anadan olmasından 98-ci il keçir. Bu münasibətlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın rəhbərliyi ilə institutun kollektivi, AR Kənd Təsərrüfatı Nazirliyinin və Əkinçilik Elmi -Tədqiqat İnstitutunun əməkdaşları alimin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü İbrahim Əzizov Cəlal Əliyevin Azərbaycan biologiya elminin inkişafında müstəsna xidmətlərindən söz açaraq bildiriblər ki, alimin zəngin elmi irsi və onun yaratdığı elmi məktəb, yetişdirdiyi kadrlar bu gün də Azərbaycan elminin inkişafına xidmət edir və gələcək nəsillər üçün mühüm örnəkdir. Akademik Cəlal Əliyevin adı Azərbaycan elm tarixində həmişə böyük ehtiamla xatırlanacaqdır.