sa sa 88
Biotexnologiya və biomühəndislik laboratoriyasının elmi işçisi Aygün Sadiqovanın dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib + Foto İyn 30, 2026 | 14:00 / Seminarlar

İyunun 30-da AR ETN Molekulyar Biologiya İnstitutunda Biotexnologiya və biomühəndislik laboratoriyasının elmi işçisi Aygün Ağaverdi qızı Sadiqovanın 2422.01 – “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ED 1.25 Dissertasiya şurasının elmi seminarında müzakirəsi keçirilib. Dissertasiya işi “Şirvanşahı aborigen üzüm sortunun biotexnoloji çoxaldılma metodunun işlənib hazırlanması” mövzusuna həsr olunub. Dissertasiya işinin elmi rəhbərləri biologiya üzrə fəlsəfə doktoru Tofiq Qaragözov və biologiya üzrə fəlsəfə doktoru, dosent Mahirə Məmmədovadır. Aygün Sadiqova dissertasiyanın əsas müddəalarını şərh edib və mövzu ətrafında müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz təkliflərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən Aygün Sadiqovanın dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.