Molekulyar Biologiya İnstitutunun əməkdaşı Belçikanın Gent Universitetində elmi-tədqiqatlar aparıb + Foto
İyl 30, 2026 | 10:28 / Ezamiyyətlər
AR ETN Molekulyar Biologiya İnstitutunun kiçik elmi işçisi Elnarə Sadıqova doktorantura təhsilinin tərkib hissəsi olaraq Belçika Krallığının Gent Universitetində elmi-tədqiqatlar aparıb. Elnarə Sadıqova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqədə iştirak edərək təqaüd haqqı qazanmış və Avropanın aparıcı tədqiqat universitetlərindən biri olan Gent Universitetinin doktoronturasına qəbul olunmuşdu. O, tədqiqatlarını Gent Universitetinin Bioelm Mühəndisliyi Fakültəsinin Bitki Biotexnologiyası laboratoriyasında aparıb. Bitkilərin in vitro regenerasiyasının təkmilləşdirilməsi istiqamətində eksperimental tədqiqatlar aparmaqla yanaşı, Elnarə Sadıqova həm də müasir elmi avadanlıqlar vasitəsilə toplanan məlumatların statistik təhlilini həyata keçirib. Tədqiqat dövründə müasir laboratoriya metodları və qeyri-invaziv bitki analiz texnologiyaları üzrə praktiki bilik və bacarıqlar əldə olunub.