sa sa 54
1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür Avg 01, 2026 | 15:00 / Mühüm hadisələr

Avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Həmin Fərmanla ölkədə latın qrafikalı Azərbaycan əlifbasına tam keçid təmin olunub və bu hadisə müstəqil Azərbaycanın mədəni və ictimai həyatında mühüm mərhələ kimi qiymətləndirilib. Bu günün əsas məqsədləri Azərbaycan dilinin dövlət dili kimi nüfuzunu qorumaq və möhkəmləndirmək, Ana dilimizin saflığını, zənginliyini və inkişafını təşviq etmək, gənc nəsildə Azərbaycan dilinə sevgi və hörmət hissini artırmaq, latın qrafikalı Azərbaycan əlifbasının düzgün tətbiqini və istifadəsini təşviq etməkdir.

Prezident İlham Əliyevin imzaladığı müxtəlif fərman və sərəncamlara əsasən ölkəmizdə Azərbaycan dilinin saflığının qorunması, inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm işlər görülüb, dövlət tədbirləri həyata keçirilib.

Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, ana dilimizin daim yaşamasını, zənginləşməsini və gələcək nəsillərə saf şəkildə ötürülməsini arzulayırıq!