sa sa 110
Molekulyar Biologiya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu "SABRAO Journal of Breeding and Genetics" jurnalında dərc olunub Sen 01, 2026 | 16:39 / Nəşrlər

AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşları biologiya üzrə fəlsəfə doktorları  Durna Əiyeva, Ulduzə Qurbanova, biologiya elmləri doktoru Atabəy Cahangirov və akademik İradə Hüseynovanın həmmüəllifi olduqları "Quraqlığa davamlılıq və antioksidant aktivliyin qiymətləndirilməsi əsasında payızlıq buğda genotiplərinin seleksiya yolu ilə skrininqi" adlı məqalə nüfuzlu "SABRAO Journal of Breeding and Genetics" jurnalında dərc olunub. Bitki seleksiyası, genetika, genetik ehtiyatlar və yeni sortların yaradılması istiqamətində tədqiqatlar dərc edən beynəlxalq elmi nəşrlərdən olan jurnal Journal Citation Reports (JCR) təsnifatında Q2 kvartilinə daxildir. Jurnalın impact faktoru 1,7-dir. Məqalədə dəmyə şəraitdə becərilən payızlıq buğda sortlarının və perspektivli seleksiya xətlərinin ontogenezin müxtəlif mərhələlərində quraqlığa davamlılığı morfofizioloji göstəricilərə və antioksidant aktivliyə görə qiymətləndirilmiş, öyrənilən parametrlər üzrə yüksək nəticələr göstərən sortlar perspektivli seleksiya materialları kimi müəyyən edilmişdir. Əldə olunan nəticələr iqlim dəyişikliklərinə davamlı, quraqlıq şəraitində yüksək uyğunlaşma və məhsuldarlıq potensialına malik yeni buğda sortlarının yaradılması istiqamətində seleksiya proqramları üçün elmi əsas yaradır.