Türk dünyasının qüruru
Sen 09, 2026 | 13:00 / Nəşrlər
AR ETN Molekulyar Biologya İnstitutunun direktoru v.i.e. akademik İradə Hüseynovanın “Türk dünyasının qüruru” adlı məqaləsi “Azərbaycan” qəzetində dərc olunub. Məqalədə Nobel mükafatı laureatı, professor Əziz Səncərin həyat və elmi fəaliyyəti, xüsusilə DNT-nin reparasiyası və hüceyrə biologiyası sahəsindəki fundamental tədqiqatları haqqında bəhs olunur. Onun ultrabənövşəyi şüalanmanın DNT-də yaratdığı zədələnmələrin bərpası mexanizmlərinin öyrənilməsinə verdiyi mühüm töhfələr və bu tədqiqatların xərçəng biologiyası və tibb üçün əhəmiyyəti qeyd edilir. Alimin Nobel mükafatı ilə yanaşı, digər elmi nailiyyətləri, mükafatları və yaratdığı elmi məktəbin fəaliyyəti də işıqlandırılır. Əziz Səncərin türk dünyasında elm və təhsilin inkişafına, gənc tədqiqatçıların dəstəklənməsinə verdiyi önəm xüsusi vurğulanır. Onun Azərbaycan elmi ilə, xüsusilə Molekulyar Biologiya İnstitutu ilə əlaqələri, Azərbaycana səfərləri və akademik mühitlə görüşləri haqqında məlumat verilir. Sonda Əziz Səncərin “Elm insanlığa, bəşəriyyətə xidmət etməlidir” prinsipi əsasında elmi biliklərin cəmiyyətin və bəşəriyyətin inkişafına xidmət etməsinin vacibliyi ön plana çəkilir.