sa sa 124
Molekulyar Biologiya İnstitutunun əməkdaşları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimində iştirak ediblər Sen 09, 2026 | 14:00 / Konfranslar, iclaslar

Sentyabrın 9-da Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi keçirilib.

Mərasimdə xarici işlər naziri Ceyhun Bayramov, BMT-nin rəsmləri və digər qonaqlar iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynovanın rəhbərliyi ilə institutun əməkdaşları da Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində iştirak ediblər. İnstitut əməkdaşları sentyabrın 11-dək davam edəcək tədbirlər çərçivəsində müxtəlif sessiya, dəyirmi masa və panel iclaslarında iştirak edəcəklər.

Tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunub.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi sentyabrın 7-dən öz işinə başlayıb.