sa sa 34
20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür Sen 19, 2026 | 07:05 / Mühüm hadisələr

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. 20 Sentyabr 2023-cü il Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması baxımından tarixi gün hesab edilir.

Xalqımızı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edir, ölkəmizin müstəqil və suveren dövlət kimi gələcək inkişafı yolunda uğurlar arzulayırıq!