sa sa 79
Aygün Sadiqova COST Action CA21157 – CopyTree beynəlxalq konfransında iştirak edib + Foto Sen 23, 2026 | 14:00 / Ezamiyyətlər

14–16 sentyabr 2026-cı il tarixlərində Albaniyanın Tirana şəhərində COST Action CA21157 – CopyTree layihəsinin yekun beynəlxalq konfransı – “From Lab to Forest and Orchard” keçirilib.

Albaniya Elmlər Akademiyasının ev sahibliyi etdiyi konfrans oduncaqlı bitkilərin klonal çoxaldılması, mikroçoxaltma, meşə və bağ bitkilərinin biotexnologiyası, eləcə də dayanıqlı bitki istehsalı sahələrində elmi tədqiqatların və təcrübə mübadiləsinin təşviqinə həsr olunub. Tədbirdə müxtəlif ölkələri təmsil edən alim və mütəxəssislər iştirak ediblər.

Konfransda AR ETN Molekulyar Biologiya İnstitutunun Biotexnologiya və biomühəndislik laboratoriyasının elmi işçisi Aygün Sadiqova “Şirvanşahı üzüm sortunda kultivasiya mühitində auksinlərin qradiyent əsaslı təbəqələşdirilməsi yolu ilə köklənmə effektivliyinin və ex vitro şəraitində sağqalma göstəricisinin artırılması” mövzusunda çıxış edib.

Təqdimatda Şirvanşahı üzüm sortunun in vitro şəraitdə çoxaldılması və kökləndirilməsi, qida mühitinin optimallaşdırılması, kök sisteminin formalaşması, eləcə də bitkilərin ex vitro şəraitə adaptasiyası istiqamətində aparılmış tədqiqatların nəticələri və köklənmə effektivliyinin artırılmasına yönəlmiş yanaşmalar barədə məlumat verilib.