Molekulyar Biologiya İnstitutu Həmkarlar Təşkilatının iclası keçirilib + Foto
Okt 02, 2026 | 13:59 / Konfranslar, iclaslar
AR ETN Molekulyar Biologiya İnstitutunda Həmkarlar Təşkilatının toplantısı keçirilib.
AR ETN Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov iclasa sədrlik edib. Gündəlikdə Həmkarlar Komitəsinin sədrinin vəzifəsindən ayrılması ilə əlaqədar komitənin yeni üzvünün və sədrinin seçilməsi məsələləri yer alıb.
Kollektivdən daxil olan təkliflər əsasında institutun İnsan resursları və hüquq sektorunun müdiri Xalidə Məmmədovanın namizədliyi irəli sürülüb. Açıq səsvermə nəticəsində Xalidə Məmmədova yekdilliklə Həmkarlar Komitəsinin yeni üzvü və sədri seçilib.
Habil Qurbanov və toplantı iştirakçıları Xalidə Məmmədovanı yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Yeni sədrin kollektivin maraqlarının qorunması, əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsi və Həmkarlar Təşkilatının fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcəyinə əminlik ifadə olunub.
İnstitutun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova Habil Qurbanova toplantıda iştirakına və göstərdiyi dəstəyə görə təşəkkürlərini bildirib.
Toplantı qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi ilə başa çatıb.