sa sa 49
Bu gün Beynəlxalq Müəllimlər Günüdür Okt 05, 2026 | 09:00 / Mühüm hadisələr

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür.

1966-cı ildə Beynəlxalq Əmək Təşkilatı və UNESCO tərəfindən “Müəllimlərin statusuna dair Tövsiyə” sənədi qəbul edilib. Bu il həmin sənədin qəbul edilməsinin 60-cı ildönümü tamam olur.

Bu gün müəllimlərin cəmiyyətin inkişafında, uşaqların və gənclərin təhsilində və tərbiyəsində mühüm rolunu vurğulamaq, onların əməyinə hörmət və təşəkkür ifadə etmək məqsədi daşıyır. Beynəlxalq Müəllimlər Günü ilk dəfə 1994-cü ildə qeyd olunub.

Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində bol-bol uğurlar arzulayırıq!