sa sa 86
Molekulyar Biologiya İnstitutunun alimlərinin həmmüəllifi olduqları kitab fəsli nəşr olunub Okt 12, 2026 | 20:00 / Nəşrlər

“Klinik hallar əsasında uşaq cərrahiyyəsi” kitabı Türkiyənin “Akademisyen Yayinevi” nəşriyyatında çapdan çıxıb. Kitabda yer alan “Androgenə qarşı qeyri-həssaslıq sindromu və anorektal malformasiyalar arasındakı əlaqə” adlı fəslin həmmüəllifləri AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e., akademik İrada Hüseynova və institutun dissertantı, Böyük Britaniyanın London şəhərində yerləşən Chelsea and Westminster Hospitalında uşaq cərrahı kimi fəaliyyət göstərən İlhamə Cəfərlidir.

Fəsildə androgenə həssaslığın olmaması sindromunun genetik və klinik xüsusiyyətləri, onun inkişaf mexanizmləri və anorektal malformasiyalarla mümkün əlaqələri nəzərdən keçirilir. Bu nadir irsi vəziyyətin öyrənilməsi hormonal siqnalların təsir mexanizmlərinin daha dərindən anlaşılması və fərdi tibbi yanaşmaların təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.