Molekulyar Biologiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları məqalə “PHOTOSYNTHETICA” jurnalında dərc olunub
Okt 12, 2026 | 21:18 / Nəşrlər
AR ETN Molekulyar Biologiya İnstitutunun baş elmi işçisi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Süleyman Allahverdiyev və Fotobioenergetika və yaşıl enerji laboratoriyasının elmi işçisi Mehriban Şabanovanın həmmüəllifi olduqları “Fotosistem II-nin inhibitorları və Cu²⁺ ionlarının liqandları kimi üzvi birləşmələr: ilkin skrininqin nəticələri” adlı məqalə “Photosynthetica” jurnalında dərc olunub. İmpakt faktoru 2,0 olan jurnal “Bitki elmləri” kateqoriyasında Q2 kvartelində yer alır.
Tədqiqatda üç yeni üzvi birləşmənin fotosistem II-nin fotokimyəvi aktivliyinə təsiri və mis ionlarını birləşdirmə qabiliyyəti araşdırılıb. Əldə olunan məlumatlar bioloji aktiv maddələrin hazırlanması üçün perspektivli birləşmələrin seçilməsi və onların struktur xüsusiyyətlərinə dair tələblərin dəqiqləşdirilməsi baxımından əhəmiyyət daşıyır.