sa sa 1806
"Horizon 2020" proqramının Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin görüşü keçirilib + Foto İyn 19, 2019 | 11:26 / Görüşlər

Avropa Komissiyasının Tədqiqat və İnnovasiya üzrə "Horizon 2020" proqramının Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) növbəti görüşü keçirilib.

AMEA-nın Əsas binasında baş tutan görüşdə Şərq Tərəfdaşlığının (ŞT) EaP Plus layihəsinin nəticələri, Azərbaycan alimlərinin "Horizon 2020" proqramında iştirak problemləri müzakirə olunub.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d., dosent Esmira Əlirzayeva Avropa Komissiyasının çərçivə proqramının növbəti Horizon Avropa mərhələsi, perspektivləri, ŞT ölkələri üçün nəzərdə tutulan yeniliklər haqqında məlumat verib.

MƏŞŞ üzvləri Azərbaycan alimlərinin proqramda iştirak fəallığının artırılması, təşviqat işinin düzgün təşkili üzrə təkliflər irəli sürülüb, fəaliyyət planı ətrafında müzakirə aparılıb.

Görüşdə, həmçinin COST Action alətinin yeni çağırışlarından istifadə üçün konkret addımlar planlaşdırılıb.

www.science.gov.az