26 dekabr 2017-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun növbəti elmi seminarı keçirilmişdir. Seminarda “Genomun quruluşu və Ekspressiyası” laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Xudaverdiyeva Səadət Rüstəm qızı “Stress – genom dəyişiklikləri və bərpa mexanizmləri” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Məruzədə stress faktorlarının təsirinə məruz qalarkən canlıların müxtəlif quruluş səviyyələrində, o cümlədən molekulyar səviyyədə, DNT molekullarında aşkar olunan dəyişikliklər, zədələnmələrin təsnifatı, onların aradan qaldırılması üçün hüceyrədə induksiya olunan reparasiya mexanizmləri haqqında son illərin tədqiqat nəticələri əhatə edilmişdir.