sa sa 1629
Akademik Cəlal Əliyevin vəfatının 2-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. + Foto Fev 01, 2018 | 09:29 / Tədbirlər

Fevralın 1-də dünya şöhrətli alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elmlərinin görkəmli nümayəndəsi, akademik Cəlal Əliyevin dünyasını dəyişməsindən iki il keçir. Bununla əlaqədar olaraq, əvvəlcə institutun əməkdaşları mərhumun Fəxri Xiyabanda məzarını ziyarət etdilər. Daha sonra AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda anım tədbiri keçirilmişdir. Tədbirdə ilk olaraq Cəlal Əliyevin tələbəsi, institutun direktoru akademik İradə Hüseynova çıxış edərək, onunla bağlı xatirələrini bölüşdü. O, dünya şöhrətli alimin hər şeydən əvvəl sadə və təbii insan kimi öz səmimiliyi, vətənpərvərliyi ilə tanınıb sevildiyini vurğuladı. Həmçinin tədbirdə alimin həyat və yaradıcılığı haqqında “Əbədi çıraq” sənədli filmi nümayiş olundu. Cəlal Əliyevin vəfatı Azərbaycan elmi üçün ağır itkidir. Onun əziz xatirəsi daima ürəklərdə yaşayacaq. Allah rəhmət eləsin!