sa sa 2362
“Epigenetika-həyatımızın ikinci genetik kodu” mövzusunda elmi seminar keçirilmişdir + Foto Yan 26, 2018 | 09:53 / Seminarlar

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Rüstəmova Samirə Məhəmmədrəhim qızı 26 yanvar 2018-ci il tarixində institutun elmi seminarında “Epigenetika-həyatımızın ikinci genetik kodu” mövzusunda məruzə ilə çıxış etmişdir. O, qeyd etmişdir ki, keçən əsr “Genom” əsri adlandırılmışdısa, bu yüzillik “Epigenom” yüzilliyidir. “İnsan Genomu” oxunulandan sonra qaranlıq qalan suallara cavabların tapılması üçün artıq “İnsanın Epigenomu” proyekti və epigenetik tənzimləmə elementlərinin aşkar edilməsinə həsr edilmiş digər layihələr çərçivəsində aparılan tədqiqat işləri haqqında seminar iştirakçılarına maraqlı məlumatlar çatdırılmışdır. Çıxış seminar iştirakçılarının böyük marağına səbəb olmuşdur. Mövzu ətrafında geniş müzakirə aparılmış, məruzəçi iştirakçıların suallarını cavablandırmışdır.