sa sa 1907
AMEA-nın magistraturasında tədris prosesi təkmilləşdirilir + Foto Okt 17, 2019 | 10:05 / Maraqlı məlumatlar

Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın magistraturasında tədris prosesinin təkmilləşdirilməsi barədə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edib. Magistraturada tədris prosesinin təşkili və qarşıda duran vəzifələrdən danışan akademik-katib bu il AMEA-nın magistraturasına 22 ixtisas 75 ixtisaslaşma üzrə 120 nəfərin qəbul olunduğunu, keçən illə müqayisədə 2019-cu ildə bu rəqəmin iki dəfə artdığını diqqətə çatdırıb. Tədris prosesinə cəlb olunan müəllimlərin AMEA-nın tanınmış alimləri sırasından seçildiyini deyən Ə.Sadıqov burada beş akademik, 19 müxbir üzv, 41-i professor olmaqla 66 elmlər doktoru və 101-i dosent olmaqla 127 fəlsəfə doktorunun dərs dediyini nəzərə çatdırıb.

Öz çıxışında 2019-cu ildən AMEA-da ödənişli magistr təhsilinə başlanıldığını xatırladan akademik-katib magistr hazırlığının 26 elmi tədqiqat institutu ilə aparıldığını qeyd edib.

Rəyasət Heyətinin iclasında AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tədris-metodiki sənədlərin, xüsusilə sillabusların tədris ili başlanana qədər hazırlanıb təsdiqlənməsi üçün müvafiq təhsil şöbələrinə vaxtında təqdim olunmasını tövsiyə edib.

www.science.gov.az