sa sa 1942
İnstitutunun kiçik elmi işçisi Bayramova Nərgiz Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən elmi-praktik konfransda iştirak edib + Foto Okt 30, 2019 | 10:45 / Konfranslar, iclaslar

29 Oktyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil və elmi-təqdqiqat müəssisələrinin nümayəndələri, xarici ölkə alimləri, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin nümayəndələri iştirak etmişlər.

Konfransın məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə Ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi prioritetindən irəli gələn vəzifələrin müzakirəsi, aqrar sahənin davamlı inkişaf üsulu kimi ekoloji təmiz kənd təsərrüfatının sosial, ekoloji və iqtisadi problemlərin həll edilməsində rolunun qiymətləndirilməsi, sahənin inkişafı üçün elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarət olmuşdur.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Bayramova Nərgiz konfransda iştirak etmişdir. Konfrans iştirakçıları universitetin maddi-texniki bazası, mərkəzləri, laboratoriyaları, tikilməkdə olan tədis binaları, tədris-təcrübə təsərrüfatı ilə tanış olmuşlar.