sa sa 2441
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Gənclər günü " ilə bağlı tədbir keçirilib. + Foto Fev 02, 2018 | 10:55 / Tədbirlər

Fevralın 2-də Molekulyar Biologiya və Biotexnologiyalar institutunda “Gənclər günü” münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru akademik İradə Hüseynova “Gənclər günü”-nün 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə təsis olunduğunu bildirərək ölkəmizdə uğurlu gənclər siyasətinin aparıldığını vurğuladı. Gənclərin həm ölkənin ictimai-siyasi həyatında, həm də müasir Azərbaycan elmində böyük rola malik olduğunu bildirdi. 
İradə xanım qeyd etdi ki, institutumuzda gənclərə göstərilən böyük qayğı mərhum akademik Cəlal Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Vaxtilə Cəlal Əliyevin təşəbbüsü ilə bu institutdan xarici ölkələrə gedən gənclər hal-hazırda dünyanın bir çox aparıcı universitetlərində elmi fəaliyyətlərini davam etdirərək Azərbaycanın adını yüksəklərə qaldırırlar.
İradə xanım bildirdi ki, institutun əməkdaşlarının böyük əksəriyyətini təşkil edən və həmişə elmi nailiyyətləri ilə fərqlənən gənclər bu ili də uğurla başlamışlar. İnstitutun gənc əməkdaşlarından olan Səmra Mirzəyevanın bu gün fəlsəfə doktoru elmi dərəcəsi alması üçün ilkin müdafiəsi dinlənilmişdir. Bu uğuruna görə İradə xanım onu ürəkdən təbrik etmiş və bütün gənclərə şəxsi həyat və elmi fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirdə həmçinin institutun gənc əməkdaşları öz ürək sözlərini söyləmiş və İradə xanıma onlara göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.