sa sa 1626
Fevralın 2-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Səmra Tahir qızı Mirzəyevanın dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir + Foto Fev 02, 2018 | 11:02 / Mühüm hadisələr

Fevralın 2-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Səmra Tahir qızı Mirzəyevanın “Azərbaycanda Tomat (Solanum lycopersicum L.) bitkisini yoluxduran virusların diaqnostikası, identifikasiyası və patogenezlə induksiya olunan bəzi biokimyəvi dəyişikliklərin tədqiqi” mövzusunda Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Təqdim olunan tədqiqat işi Elmin İnkişaf Fondunun dəstəyi ilə 2014-cü ildə keçirilmiş Gənc Alim və Mütəxəssislərin 3-cü qrant müsabiqəsində qalib gəlmiş layihə çərçivəsində yerinə yetirilmişdir. Azərbaycanın müxtəlif bölgələrində sahə şəraitində və istixanalarda becərilən tomat bitkisini yoluxduran virus xəstəliklərinin seroloji və molekulyar metodlarla diaqnostikası və identifikasiyası nəticəsində Azərbaycanda ilk dəfə olaraq tomat bitkisini yoluxduran RNT və DNT genomlu viruslar və onların qarışıq formaları aşkar edilmişdir.