sa sa 1889
Pakistanın COMSTECH təşkilatının məsləhətçisi Dr.Xurşid Hasanain AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olub. + Foto Noy 19, 2019 | 18:11 / Mühüm hadisələr

19 noyabr 2019-cu il tarixində Pakistanın COMSTECH təşkilatının məsləhətçisi Dr.Xurşid Hasanain AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olub. Qeyd edək ki, noyabrın 18-də Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq layihənin hazırlanması üzrə ikinci məşvərətçi seminar öz işinə başlayıb. Tədbirdə Azərbaycan, Pakistan, Qazaxıstan, Oman və İordaniyadan bitki genetik ehtiyatları və toxumçuluq üzrə 30-dan çox rəhbər şəxslər və mütəxəssislər, həmçinin BMT-nin İnkişaf Proqramının (UNDP), Yaponiyanın JİCA təşkilatının, Dünya Bankının və Asiya İnkişaf Bankının nümayəndələri iştirak edirlər. Sözü gedən seminar çərçivəsində Dr.Xurşid Hasanain Molekulyar Biologiya və Biotexnologiyalr İnstitutunda aparılan elmi işlərlə və laboratoriyaların təchizatı ilə tanış oldu. Sonda gələcəkdə layihə çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edildi.