sa sa 2071
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun «Proteomiks» laboratoriyasının kiçik elmi işçisi Aynurə Paşayeva Cənubi Koreyada elmi ezamiyyətdə olmuşdur + Foto Dek 12, 2019 | 15:32 / Ezamiyyətlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Aynurə Paşayeva Cənubi Koreyanın Pusan Milli Universitetinin Molekulyar Biologiya departamentində 6 ay müddətində elmi-praktiki ezamiyyətdə oldu. Səfər çərçivəsində A.Paşayeva adı çəkilən departamentin Bitki Molekulyar Biologiyası laboratoriyasının müdiri, professor Choon Hwan Lee və həmin laboratoriyanın tədqiqatçı professoru, İ.Zülfüqarovun rəhbərliyi altında dənli bitkilərdə yüksək işıq intensivliyi təsirindən proteom və metabolom səviyyələrində baş verən dəyişiklərin öyrənilməsi istiqamətində tədqiqatlar apardı.

Hazırda molekulyar-genetik, biotexnoloji, proteomiks və metabolomiks kimi yanaşmaların tətbiq olunması dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə bitkilərin duza, quraqlığa, yüksək işıq intensivliyi və digər bu kimi abiotik stres faktorlarına davamlılığının artırılması baxımından çox əhəmiyyətlidir və böyük maraq dairəsindədir. Qeyd edək ki bundan öncə də A.Paşayeva 2018-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Qrant layihəsi çərçivəsində həmin universitetdə elmi-praktiki ezamiyyətdə olmuş və müəyyən mühüm nəticələr əldə etmişdir.

Ezamiyyət müddətində Aynurə Paşayeva laboratoriyanın digər tədqiqat işlərində də yaxından iştirak edərək, tələbə və müəllim heyəti ilə elmi müzakirələrə qatıldı. Aynurə Paşayeva elmi ezamiyyətin sonunda sertifikata layiq görüldü.