Fevralın 23-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xloroplastların fotokimyası laboratoriyasının kiçik elmi işçisi Tağıyeva Könülün "Fotosintezin məhsuldarlığının artırılması yolları" mövzusunda elmi seminarı keçirilmişdir. O, qeyd etmişdir ki, fotosintez 250 il bundan əvvəl kəşf edilsə də, hələ də fotosintezin öyrənilməsi öz aktuallığını yaşadığımız dövrdə də saxlayır. Xüsusilə də planetimizin ərzaq məhsullarına olan ehtiyacının artdığı bir dövrdə fotosintezin yaxşılaşdırılması və bu yolla bitkilərdə məhsuldarlığın artırılması yollarını araşdırmaq və tapmaq böyük elmi potensial tələb edir.