sa sa 2143
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şənlik keçirilib + Foto Dek 29, 2019 | 16:10 / Tədbirlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə bayram şənliyi keçirilib. Şənlikdə institutun direktoru, akademik İradə Hüseynova institutun kollektivini qarşıdan gələn 2020-ci il münasibətilə təbrik edib, yeni ildə uğurlu fəaliyyət arzuladı.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvoludur. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, ulu öndər  Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.

Bütün dünya azərbaycanlılarının milli bayramına çevrilmiş Həmrəylik günü hər il 50 milyona yaxın soydaşımız tərəfindən böyük təntənə ilə qeyd olunur.