sa sa 2270
“CRİSPR/Cas9 – genomların redaktoru” mövzusunda seminar keçirilmişdir + Foto Apr 06, 2018 | 10:00 / Seminarlar

6 aprel 2018-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda biologiya üzrə fəlsəfə doktoru, dosent Əsədova Sədaqət “CRİSPR/Cas9 – genomların redaktoru” mövzusunda çıxış etmişdir. Məruzəçi gen mühəndisliyinin müasir aləti olmuş CRİSPR/Cas9 sisteminin quruluşu və iş mexanizmi haqqında ətraflı informasiya vermişdir. Seminarda CRİSPR/Cas sistemlərinin bakteriya və arxeylərin immunitet sistemi olması göstərilmişdir. CRİSPR/Cas9 sisteminin ibtidai və ali orqanizmlərin genomlarında redaksiya işlərinin aparılması yolları haqqında informasiya verilmişdir. Seminarın sonunda suallar verilmiş və müzakirələr aparılmışdır.