sa sa 1985
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun gənc əməkdaşları “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfransda iştirak ediblər + Foto Mart 10, 2020 | 12:41 / Konfranslar, iclaslar

3-6 mart 2020-ci il tarixlərində AMEA-nın  Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. SOCAR-ın Elm Fondunun maliyyə dəstəyi ilə baş tutan tədbir AMEA-nın 75 illiyinə həsr olunub.

“İntellektual sistemlər və texnologiyalar”, “Molekulyar biotexnologiya və gen mühəndisliyi”, “Yer elmlərinin nəzəri və tətbiqi problemləri”, “Nanotexnologiya və materialşünaslıq”, “Tətbiqi kimyanın müasir problemləri”, “Xəzər dənizinin çoxşaxəli elmi və nəzəri problemləri”, “Bugünkü sosial və humanitar problemlər” və “Elmdə ilk addımlar (istedadlı şagirdlər üçün xüsusi bölmə) mövzularında müzakirələr aparılıb və poster təqdimatları olub. Ümumilikdə 200-ə yaxın gənc tədqiqatçı öz apardıqları elmi, nəzəri və praktik tədqiqatların nəticələrini təqdim ediblər, iştirakçıların sualları ətrafında geniş fikir mübadiləsi aparılıb. AMEA-nın Sərgi salonunda təşkil olunan təqdimatlarda 100-ə yaxın gənc alim elmi tədqiqatların əsas nəticələrini poster şəklində müzakirəyə çıxararaq geniş fikir mübadiləsi aparıb. Təqdimatlar xarici və yerli gənc alimlərin böyük marağına səbəb olub. 

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu konfransda geniş tərkibdə təmsil olunub. Konfransın təşkilatçılarından biri olan institutun Gənc alim və mütəxəssislər şurasının sədri b.ü.f.d., dosent Ulduzə Qurbanova 25-dən çox məruzə dinləyib. İnstitutun gənc tədqiqatçıları Lalə Aydınlı, Nahidə Əliyeva, Nərgiz Bayramova, Aynurə Paşayeva, Turanə İsgəndərova, Elgül Qafarova, Fidan Yusifova, Afət Mustafazadə, Nuranə Qurbanova, Firuzə Rzayevanın məruzələri və poster təqdimatları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.