sa sa 2378
“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə Qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda tədbir keçirilmişdir + Foto Apr 23, 2018 | 14:57 / Tədbirlər

Aprelin 23-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Mülki Müdafiə Qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilmişdir. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə Qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda keçirilən tədbirdə çıxış edən Geologiya və Geofizika İnstitutunun MM Qərargah rəisi Oqtay Fərzəliyev əsas məqsədin əməkdaşlarda  təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, həmçinin bu cür hadisələrdə özünü idarə etmək, başqalarına yardım etməyin olduğunu bildirmişdir. O, həmçinin ötən illərdə baş vermiş təbii və texniki fəlakətlərin və bu hadisələrdə insan itkisi, zərər çəkənlərin yekun sayını iştirakçıların diqqətinə çatdırmışdır. Sonda zəlzələ, yanğın, torpaq sürüşməsi və b.fövqəladə hallar zamanı riayət olunmalı təhlükəsizlik qaydalarını özündə əks etdirən videoçarxlar nümayiş olundu.