sa sa 2265
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi Şahniyar Bayramov Niderland Krallığının Elmi Tədqiqatlar təşkilatının Dəvət Olunan Alim qrant layihəsi çərçivəsində elmi ezamiyyətdə olmuşdur + Foto Apr 30, 2018 | 11:29 / Ezamiyyətlər

Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Şahniyar Bayramov Niderland Krallığının Vageningen şəhərində elmi ezamiyyətdə olmuşdur. Ezamiyyət Niderland Krallığının Elmi Tədqiqatlar təşkilatının Dəvət Olunan Alim qrant layihəsi çərçivəsində baş tutmuşdur. Ş. Bayramov “Phalaenopsis genotiplərində CAM fotosintezin biokimysina temperaturun, işıq intensivliyinin və spektrinin  təsirinin öyrənilməsi” adlı beynəlxalq qrant layihəsi ilə  Niderland Krallığının Elmi Tədqiqatlar təşkilatının Dəvət Olunan Alim qrant layihəsi yarışmasının qalibi olmuşdur.  Qida və enerji təhlükəsizliyi baxımından yüksək potensiala malik olan CAM bitkilərdə biokimyəvi və adaptasiya mexanizmlərinin öyrənilməsi bitkilərin davamlılıq xüsusiyyətlərinin qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Alim CAM fotosintezin  biokimyəvi əsaslarının öyrənilməsi sahəsində tədqiqatlarını Vageningen Təhsil və Tədqiqatlar universitetində aparmışdır. Layihənin rəhbəri  Vageningen universitetinin dosenti Dr Ir. Wim van Ieperen olmuşdur. Layihə çərçivəsində tədqiqatlar 2017-ci il dekabrın 1-dən 2018-ci il aprelin 1-nə kimi davam etmişdir.