Koronavirus pandemiyası və karantin rejimi bir çox insanların psixoloji durumu və dözümlülüyünə uyğun deyil. Elə insanlar kateqoriyası var ki,bu dönəmdə ciddi psixoloji çöküş və problemlər yaşayacaq.
Medicina.az xəbər verir ki, psixoloqlar pandemiya dövrünü yaşayanları 2 qrupa bölüb: virusu qəbul etməyib, qorxmayanlar və çox arxayın olanlar. Digər qrup hər xırda əlamətdən qorxub, virusu məhz onu tutacağı panikası ilə təşviş keçirənlər. Əslində qorxmamaq yaxşıdır düşünürsüz.Amma psixoloji baxımdan təhlükə vaxtı orqanizmə tam rahatlıq verən insanların yoluxma riski daha da artır. Psixoloqlar bildirir ki, insan beynini təhlükənin olmadığına əmin edəndə orqanizmdə müdafiəyə hazır olma düyməsi sönür, immunitet yatır və hazır vəziyyətdə olmur. Ona görə virusun ən kiçik əlamətləri belə hiss olunmur və virus bədənə düşəndə immunitet cavabı gec işə düşür. Olub ki, həqiqətən koronavirusa yoluxmuş insan “adi soyuqdəymədir, keçib gedəcək, özünü təcrid nəyə lazımdır, adi həyata davam deyərək” gündəlik həyatına davam edib, həm özünün vəziyyəti gecikərək ağırlaşıb, həm də ətrafını yoluxdurub. Həkimlər belə hesab edirlər ki, insanın ümumdünya təhlükə vaxtında heç vaxt heç nə olmayacağını düşünməsi təhlükəlidir. Hər an yoluxacağını düşünə ikinci qrup insanların isə də neqativ nəticələr gözləyir.
Bir insan hər saniyə yoluxduğunu düşünərsə, onun orqanizmində elə bu virusa bənzər yalançı simptomlar baş qaldıra bilər. Heç nə olmadığı yerdə burundan su axma, boğazın tutulması, nəfəsalmada çətinlik və s. baş verə bilər. Xəstələnmək qorxusu və fikri psixosomatik şüuraltı təsir edir. Düzdür, bu adamların orqanizmi daim hücuma hazır ol rejimində çalışır. Amma stress sinir sistemini öldürür, damarlar sıxılır, qana adrenalin və kortizol çox sıçrayır. Bu isə infarkt, insult, ürək tutmasına gətirib çıxara bilər. Ona görə həm müdafiə tədbirləri görmək, həm də ortaq məxrəci tutub psixoloji durumu sabit saxlamaq lazımdır. Yaxşı düşünün, amma laqeyd olmayın.
medicina.az