sa sa 2418
İnstitutun aparıcı elmi işçisi, b.ü.f.d., dosent Şahniyar Bayramovun doktorluq dissertasiya işinin müdafiəsi keçirilmişdir + Foto İyn 30, 2017 | 09:25 / Mühüm hadisələr

30 iyun 2017-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri, aparıcı elmi işçi, b.ü.f.d., dosent Şahniyar Mikayıl oğlu Bayramovun  “C3 və KAM bitkilərdə karbonun ilkin assimilyasiyasının bəzi fermentlərinin abiotik amillərlə tənzimlənməsi” mövzusunda, biologiya üzrə elmlər doktoru dərəcəsi almaq üçün  təqdim etdiyi işin müzakirəsi keçirilmişdir. Təqdim olunan dissertasiya işinin əsas məqsədi karbonun ilkin assimilyasiyasında iştirak edən bəzi fermentlərin KAM və C3 bitkilərdə abiotik stres faktorlarının təsirindən asılı olaraq tənzimləmə mexanizmlərinin öyrənilməsindən ibarət olmuşdur. Dissertasiya işində istifadə olunan metodlardan gələcəkdə bu sahədə çalışan gənclərin nəzəri və təcrübi hazırlanmasında, universitetlərin uyğun kafedralarında tədris vəsaiti kimi istifadə oluna bilər. Dissertasiya işi şuranın üzvləri tərəfindən yekdilliklə bəyənilmiş və Ş.M. Bayramovun biologiya üzrə elmlər doktoru elmi dərəcəsi alması barədə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılmışdır.