sa sa 1704
Unudulmaz liderimiz əbədiyaşar şəxsiyyət Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür May 10, 2020 | 13:54 / Mühüm hadisələr

“Doğma, canım–varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram” – müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyev.

Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında xidmətləri o qədər möhtəşəmdir ki, millət öz sevgisini onu xilaskar, ümummilli lider adlandırmaqla ifadə edir. Ulu öndərin — “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamı onun bütün ömrünün mənasını təşkil etmiş və o azərbaycançılıq ideyasını həmişə yüksək tutmuşdur. Ümummilli liderimiz hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın və xalqımızın hərtərəfli inkişafında çox mühüm rol oynayıb. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir. Ulu öndərimizin siyasəti yaşayır, möhkəmlənir və zənginləşir.