sa sa 1847
“Narkomaniya bütün pandemiyalardan daha təhlükəlidir” May 30, 2020 | 12:26 / Nəşrlər

23 may 2020-ci il tarixində AMEA-nın vitse prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın “Narkomaniya bütün pandemiyalardan daha təhlükəlidir” adlı məqaləsi “İki Sahil” qəzetində nəşr olunub. Akademik qeyd edib ki, narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimiz qarşısında duran ən vacib məsələlərdən biridir. Məqalədə bəzi narkotik bitkilər, onların müxtəlifliyi , insan orqanizminə təsiri, törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilib. Akademik bildirib ki, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin İnstitutlarında narkotik tərkibli bitkilər və onlardan istifadə barədə zəruri metodiki-tədris vasitələri hazırlanması və internet resurslarında yerləşdirilməsi üzərində iş aparılır. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda narkotik asılılığın öyrənilməsinin İnstitutun mövzu planlarında və layihə işlərində önəmli yer tutduğunu söyləyən İ.Hüseynova bu sahədə aparılan işləri ətraflı şərh edərək üzərində tədqiqatlar aparılan preparatların narkotik asılılığın aradan qaldırılmasına kömək edəcəyinə əmin olduğunu bildirib.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

ikisahil.az, səh. 28