sa sa 1746
AMEA-nın müxbir üzvü Zeynal Əkpərov insan genetikası və genetik xəstəliklərə həsr olunmuş onlayn konfransda çıxış edib May 31, 2020 | 11:53 / Konfranslar, iclaslar

Mayın 30-da Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “İnsan genetikası və genetik xəstəliklər: problemlər və inkişaf perspektivləri” mövzusunda I beynəlxalq onlayn konfransın açılış mərasimində çıxış edib.

O, tədbirin insanın genetik materialının strukturu və funksiyalarının, irsi dəyişkənliyin molekulyar əsaslarının, irsi xəstəliklərin nəsildən nəslə ötürülməsi mexanizmlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

Z.Əkpərov institutun Biotexnologiya şöbəsinin nəzdində fəaliyyət göstərən İnsan genetikası laboratoriyasının əməkdaşları tərəfindən həyata keçirilən elmi-tədqiqat işləri barədə məlumat verib, bu laboratoriyanın əsas fəaliyyət istiqamətlərindən danışıb.

Konfransda, həmçinin institutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d., dos. Mehrac Abbasov, İnsan genetikası laboratoriyasının müdiri Bayram Bayramov və aparıcı elmi işçisi, t.ü.f.d., dos. Orxan İsayev, Biokimya şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Səltənət Ağayeva, Beynəlxalq əlaqələr, informasiya və media şöbəsinin müdiri, b.ü.f.d. Ayaz Məmmədov da iştirak ediblər.

Onlayn tədbirdə B.Bayramovun “Kolorektal xərçəngdə maye biopsiyalar: sirkulə edən şiş hüceyrələri və sirkulə edən DNT”, O.İsayevin “Mədəaltı vəzi xərçəng kök hüceyrələri və retinoid reseptorları ilə potensial əlaqə” və S.Ağayevanın “İrsi əzələ distrofiyası olan xəstələrdə gen mutasiyalarının molekulyar-genetik tədqiqi” mövzusunda məruzələri dinlənilib.

www.science.gov.az