sa sa 1832
Akademik İsa Həbibbəyli: “Doktoranturaya qəbulun iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulur” İyn 08, 2020 | 15:23 / Mühüm hadisələr

Doktoranturaya qəbul prosesinin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulur. Bu barədə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib.

Onun sözlərinə görə, ötən ilə qədər doktoranturaya qəbul noyabr-dekabr aylarında aparılıb. Bu isə doktoranturada tədrisin təşkili ilə bağlı müəyyən çətinliklər yaradırdı.

Akademik İ.Həbibbəyli qeyd edib ki, pandemiya dövrü ilə əlaqədar imtahanların keçirilməsində çətinliklər yaranmazsa bu qərar qüvvədə qalacaq.

Birinci vitse-prezident əlavə edib ki, imtahanların keçirilməsi qaydalarında heç bir dəyişiklik edilməyib: “İxtisas fənni üzrə imtahanlar müvafiq institut tərəfindən, fəlsəfə imtahanı AMEA tərəfindən mərkəzləşdirilmiş şəkildə təşkil edilir. Xarici dil fənni üzrə imtahan isə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır”.

science.gov.az