sa sa 1631
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA-nın II kurs magistrantlarının “Zoom” platforması üzərində dissertasiya işlərinin müdafiəsi keçirilib + Foto İyn 24, 2020 | 16:25 / Mühüm hadisələr

23.06.2020 - ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA-nın II kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi “Zoom” platforması üzərində distant olaraq keçirilib. Onlayn tədbirdə AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov, Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev və aidiyyatı şəxslər iştirak ediblər. Əminağa Sadıqov AMEA-nın magistrantlarının fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edərək onlara gələcək işlərində nailiyyətlər arzulayıb.

Magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın sədri, professor Səftər Süleymanov iştirakçıları salamlayaraq tədbirin gündəliyi barədə məlumat verib. Şuranın elmi katibi MBBİ-nin Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova çıxış edərək magistrantlar və onların dissertasiya mövzuları barədə məlumat verib. Müdafiədə MBBİ-nin “Molekulyar biologiya” ixtisası Azərbaycan bölməsi üzrə 3, rus bölməsi üzrə 1, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə 1 və Botanika İnstitutunun “Bitki fiziologiyası” ixtisası üzrə 1 nəfər magistrantı dissertasiya işini müzakirəyə təqdim edib. Hər bir dissertasiya mövzusu ilə bağlı geniş müzakirə aparılıb.

Sonda dissertasiya işləri müvafiq meyarlar üzrə qiymətləndirilib və səsvermə keçirilib. Qiymətləndirmənin nəticələrinə əsasən magistrantlara magistrlik dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.