sa sa 1704
MBBİ-də magistrantların yay imtahan sessiyasi başa çatıb + Foto İyl 14, 2020 | 17:00 / İmtahanlar

2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası ərəfəsində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda I kurs magistrantların "Molekulyar biologiya", "Biotexnologiya", "Biokimya" və “Nanobiotexnologiya” ixtisaslaşmaları üzrə 16 ixtisas fənnindən imtahanları keçirilib. Karantin rejiminin tələblərinə uyğun olaraq imtahanlar “Zoom” platforması üzərindən onlayn keçirilib. Təsdiq edilmiş imtahan cədvəli əsasında 15 iyun 2020-ci il tarixindən başlayan imtahan sessiyası üzrə sonuncu imtahan Kembric Universitetinin professoru Qərib Mürşüdovun tədris etdiyi “Struktur biologiyanın üsulları” fənni üzrə olub. İmtahanlarda magistrantlar yüksək nəticələr əldə ediblər.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova və AMEA-nın Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də mütəmadi olaraq yay imtahan sessiyasına qoşulmuş, imtahanlarda iştirak etmişdir.