sa sa 1651
Toxunuşlara reaksiya verən yeni süni dəri hazırlanıb İyl 17, 2020 | 13:35 / Maraqlı məlumatlar

Sinqapur alimləri toxunuşları 100 faiz dəqiqliklə müəyyənləşdirən süni dəri təqdim ediblər. Texnoloji yenilik xəstələrə qulluq göstərən robot qurğularının işini təkmilləşdirəcək.

“Intel” şirkətinin neyromorf çipindən istifadə edən Sinqapur Milli Universitetinin alimləri tərəfindən hazırlanmış süni dəri robotlara toxunuşları insanın sensor sistemindən min dəfə daha sürətli müəyyənləşdirməyə imkan verir. Yenilik, həmçinin obyektlərin formasını, teksturasını və möhkəmliyini analoqlarından 10 dəfə daha sürətli müəyyən edə bilir.

hightech.fm saytının məlumatına görə, universitet komandası yeniliyin səmərəliliyini sübut etmək üçün süni dəri ilə təchiz edilmiş robot ələ Brayl şriftini oxumağı öyrədib. Bundan sonra, avtomatlaşdırılmış əl taktil məlumatları ötürüb və onları çevirib. Qurğu analoqları ilə müqayisədə, 20 dəfə daha az enerji istifadə edib.

science.gov.az