sa sa 2354
İkinci kurs magistrantların dissertasiya işlərinin müdafiəsi keçirildi + Foto İyn 05, 2018 | 16:27 / Mühüm hadisələr

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Molekulyar Biologiya” və “Biotexnologiya” ixtisasları üzrə 2017-2018-ci il tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələri uğurla başa vurmuş II kurs magistrantlarının  dissertasiya işlərinin müdafiəsi keçirilmişdir. “Molekulyar biologiya”  ixtisası üzrə  Gülnar Rizvan qızı Abdullayeva və Fidan Rahim qızı Hüseynova, “Biotexnologiya” ixtisası üzrə Elnarə Etibar qızı Sadıqova və Elşən Oktay oğlu Musazadə Müdafiə Şurasının üzvləri və institutun kollektivi qarşısında öz dissertasiya işlərini təqdim etmiş, verilən suallara dolğun və ətraflı cavab vermişlər. AMEA-nın Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi Fikrət Feyziyev magistrantların müdafiəsində iştirak etmiş və onların hazırlığından razı qalaraq məmnunluğunu bildirmişdir. Magistrantlar öz çıxışlarının sonunda institutun direktoru akademik İradə Hüseynova başda olmaqla rəhbərlərinə, müəllimlərinə onlar üçün yaradılan şəraitə və elmi-tədqiqat işlərində qazandıqları uğurlara görə dərin minnətdarlıqlarını bildirmişlər.