sa sa 3339
Akademik Nərgiz Paşayeva və akademik İradə Hüseynova AMEA-nın yeni vitse-prezidentləri seçiliblər + Foto İyn 08, 2018 | 20:45 / Mühüm hadisələr

AMEA-nın bu gün keçirilən ümumi yığıncağında akademiklər Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın yeni vitse-prezidentləri seçiliblər.

Seçkinin nəticələrinə görə akademiklər İsa Həbibbəyliİbrahim QuliyevTofiq Nağıyev və Dilqəm Tağıyev yenidən AMEA-nın vitse-prezidentləri, AMEA-nın müxbir üzvü Bilal Bilalov isə Rəyasət Heyətinin üzvü v.i.e. seçilib.

Bundan başqa, səsvermə nəticəsində akademik Rasim Əliquliyev AMEA-nın akademik-katibi, akademik Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin, akademik Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, akademik Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin, akademik Dilqəm Tağıyev Kimya Elmləri Bölməsinin, akademik Nərgiz Axundova İctimai Elmlər Bölməsinin, akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibləri, akademik İsmayıl Hacıyev Naxçıvan Bölməsinin, akademik Fuad Əliyev isə Gəncə Bölməsinin akademik-katibi seçiliblər.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi adından institutun direktoru, akademik İradə Hüseynovanı AMEA-nın yeni vitse-prezidenti seçilməsi münasibətilə təbrik edir və ona  gələcək fəaliyyətində uğurlar arzu edirik!

www.science.gov.az