sa sa 1574
İnstitutun aparıcı elmi işçisi, b.ü.f.d. Gülnarə Balakişiyeva beynəlxalq vebinarda iştirak edib + Foto Sen 16, 2020 | 13:34 / Konfranslar, iclaslar

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Milli Bioetika Komitəsinin elmi katibi, b.ü.f.d. Gülnarə Balakişiyeva Bioetika üzrə Oman Milli Komissiyası, YUNESKO və Sultan Qaboos Universitetinin birgə təşkilatçılığı ilə 15 sentyabr  2020 tarixində keçirilmiş “COVID-19 Peyvəndi: Həll və ya Problem? COVID-19 Peyvəndinin Hazırlanması, Paylanılması və Tətbiqində Etik Müzakirələr” (“COVID-19 Vaccine:A Solution or a Problem? Ethical Considerations in COVID-19 Vaccine Development, Distribution, and Deployment”) adlı beynəlxalq vebinarda iştirak edib. Vebinarda COVID-19 əleyhinə vaksinlərin hazırlanması, əldə olunmuş vaksinlərin sınaqdan keçirilməsinin etik aspektləri, bu istiqamətdə beynəlxalq təşkilatların rolu, hazırlanmış vaksinlərin paylanmasında öncəliyin kimlərə verilməsinin etik qaydalarının müəyyən edilməsi, vaksinlərin tətbiq edilməsinin beynəlxalq səviyyədə etik və qanuni  tənzimlənməsi məsələlərinə həsr olunmuş məruzələr təqdim edilib. Müzakirələr panelində məruzəçilər vaksin hazırlanması, paylanması, tətbiqi zamanı yarana biləcək etik poblemlər və onların həll yolları ilə bağlı verilmiş sualları cavablandırıblar.