sa sa 2757
Akademik Validə Əli-zadə Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti seçilib + Foto İyn 25, 2018 | 09:15 / Konfranslar, iclaslar

AMEA-nın Əsas binasında Azərbaycan Botaniklər Cəmiyyətinin Ümumi yığıncağı keçirilib.

Respublika botaniklərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti və idarə heyətinin üzvlərinə seçkilər keçirilib, həmçinin cəmiyyətin nizamnaməsinin ikinci redaksiyasına dəyişikliklər layihəsi təqdim olunub.

Yığıncaqda səsvermə yolu ilə AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti seçilib. Akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri - Maqsud QurbanovVaqif Novruzov cəmiyyətin vitse-prezidentləri, AMEA-nın professoru Dilzarə Ağayeva isə məsul katib seçiliblər.

Tədbirdə cəmiyyətin regionlar üzrə elmi əlaqələrinin inkişafı, yüksəkixtisaslı kadr hazırlığı, botanika elminin təbliği və bioloji müxtəlifliyin qorunması üzrə fəaliyyətinin gücləndirilməsinə dair müzakirələr aparılıb.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi adından akademik Validə Əli-zadəni Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti seçilməsi münasibətilə təbrik edirik və ona nailiyyətlər arzu edirik!