sa sa 1572
26 illik işğala son - Madagiz AZAD OLUNDU! Okt 03, 2020 | 16:00 / Mühüm hadisələr

Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Madagiz (Suqovuşan) kəndi Azərbaycan Respublikası Tərtər rayonunun kəndlərindən biridir. Madagiz əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub. Madagiz 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Bu şad xəbəri əhaliyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev elan edib. Daha sonra Ali Baş Komandan 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib. Prezident İlham Əliyev Madagizin tarixi adını bərpa edib, Suqovuşan adlandırıb.